Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcü politoloq: Azərbaycanlıların qatilinin heykəli söküləcək

25.01.2019 11:23 3 559
Gürcü politoloq: Azərbaycanlıların qatilinin heykəli söküləcək
Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen qəsəbəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyanın büstünü qoyması ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.

Bu barədə Gürcüstanın Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun rəhbəri, politoloq Vasili Papava bəyanat verib.

Xatırladaq ki, yanvarın 20-də Buqaşen qəsəbəsində birbaşa olaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalında və azərbaycanlıların qətlində iştirak etmiş M.Avaqyanın büstünün qoyulmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında, ölkəmizin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri təxirəsalınmaz şəkildə Gürcüstan XİN-də görüş keçirib və rəsmi Bakının buna etirazı qarşı tərəfə çatdırılıb.

Bundan başqa, Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, onun diqqətinə çatdırılıb ki, baş verən hadisə ölkələrimiz arasında olan iki tərəfli strateji tərəfdaşlıq münasibətlərinə ziddir.

Onu da qeyd edək ki, abidənin açılışında yerli hökumət nümayəndələri (Gürcüstanın), o cümlədən, Axalkalaki meri Yurik Unanyan, Sakrebulo sədri Naira İritsyan, parlament deputatları Enzel Mikoyan və Samvel Manukyan da iştirak edib. Ermənistanı bu “tədbirdə” ölkənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan təmsil edib.

“Gürcüstanda separatçılarla çiyin-çiyinə döyüşmüş insana büst qoyulacağını eşidəndə, buna inana bilmədim. Təəssüflər olsun ki, məlumat təsdiqini tapdı. Gürcüstanın ekspert ictimaiyyəti Gürcüstanda baş verən bu hadisədən hiddətlənib”, - deyə V.Papava bildirib.

Həmsöhbət Azərbaycanın yaxşı qonşu, Gürcüstanın əsas strateji, tarixi müttəfiqi və tərəfdaşı olduğunu qeyd edir.

“M.Avaqyana büstün qoyulması haqqında qərar yerli səviyyədə qəbul olunsa da, mərkəzi hakimiyyətin bundan xəbəri olmaya bilməzdi. Bürokratik aparat elə bunun üçün mövcuddur. Yox, əgər abidənin qurulması hakimiyyətlə razılaşdırılmayıbsa, deməli, Tbilisi artıq Axalkalaki bölgəsində vəziyyətə nəzarət etmir”, - deyə V.Papava bildirib.

“Bəs Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünə qarşı savaşmış separatçıya abidənin ucaldılması Gürcüstanda necə qarşılanardı? Qəzəb partlayışı baş verərdi. Onda soruşan lazımdır ki, M.Avaqyanın abidəsinin qurulmasına niyə icazə veriblər. Bu məsələ bizdə müzakirəyə çıxarılsaydı, sizi əmin edirəm ki, Gürcüstan ictimaiyyəti qəti şəkildə bunun əleyhinə olardı”, - deyə politoloq bildirib.

Ekspert qeyd edir ki, heç bir sağlam düşüncəli gürcü Qarabağ müharibəsində erməni separatçılarla çiyin-çiyinə savaşmış “qəhrəmana” abidənin ucaldılmasını dəstəkləməz.

“Bu, hansısa şair və ya yazıçıya qoyulan abidə deyil. Əminəm ki, gürcü tərəfi bütün lazımi addımları atacaq və büst ən yaxın zamanda söküləcək. Bu məsələni Gürcüstan-Azərbaycan gündəmindən çıxarmaq lazımdır. Habelə qərarın kim tərəfindən və hansı səviyyədə qəbul olunduğunu müəyyənləşdirmək zəruridir”,- deyə Papava bildirib.//media.az
скачать dle 11.3

Son xəbərlər