Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Axtarışda olan 7 nəfər saxlanıldı - DİN

23.01.2019 23:56 2 276
Axtarışda olan 7 nəfər saxlanıldı - DİN
Axtarışda olan 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.

Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Mücidov saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınhın keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğuruq) maddəsi ilə axtarışda olan Məhəmməd Muradov və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Əliyev saxlanılıblar.//Publika.azскачать dle 11.3
Mojo.az Banner