Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Formula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...

15.01.2019 23:52 2 491
Formula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...
Formula-1 üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Təşkilatçı qurumdan verilən məlumata görə, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.

Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, Formula-1 üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” şosesində başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq.//Report.azскачать dle 11.3
Mojo.az Banner