Azərbaycanlıları İŞİD-ə qoşulmağa çağırana cəza verildi
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, “Abu Cihad” ləqəbli ilə tanınıb.
O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan “Instagram” səhifəsinin sahibi olub.
//oxu.az
