Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış aşıq vəfat etdi - VIDEO

27.12.2018 16:11 2 336
Tanınmış aşıq vəfat etdi - VIDEO
Azərbaycan aşıq sənətinə və Şirvan aşıq məktəbinə ağır itki üz verib.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, tanınmış ustad Aşıq Yanvar Şirvanlı (Bədəlov) bu gün səhər saatlarında rəhmətə gedib.

Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən dərs alıb. Orta təhsilini başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirib.

2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla aşıq Yanvar Pirali oğluna Azərbaycan Respublikasinin Əməkdar mədəniyyət işçisi adı verilib.

Son xəbərlər