Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Biləcəridə vətəndaşı döyüb, pulunu alan şəxslərə hökm oxunub

13.12.2018 14:24 4 022
Biləcəridə vətəndaşı döyüb, pulunu alan şəxslərə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Muradov və Rəşad Qurbanovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, DİN-in “102 Zəng Mərkəzi” xidmətinə bu il martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək, pulunun alınması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar araşıdrma aparan Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşlarına, həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək, 138 manat pulunun alındığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Saleh Muradov və Rəşad Qurbanov saxlanılıblar.

Məhkəmənin hökmü ilə S.Muradov 9 il, R.Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3
Mojo.az Banner