Mojo.az Banner
Mojo.az Avto
Mojo.az Avto

Bakıda Penitensiar xidmətin əsgəri yaralandı

07.12.2018 14:26 2 182
Bakıda Penitensiar xidmətin əsgəri yaralandı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Median.Az
xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı Şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner