Mojo.az Banner
11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |    
Left Banner
Right Banner

Qarakənd faciəsindən 27 il ötür

20.11.2018 11:39 5 068
Qarakənd faciəsindən 27 il ötür
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 27 il ötür.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvüскачать dle 11.3
Mojo.az Banner