Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Barda əlini bıçağa atdı, 2 nəfəri bıçaqladı...

15.11.2018 23:04 1 927
Barda əlini bıçağa atdı, 2 nəfəri bıçaqladı...
Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Proses noyabrın 19-da davam edəcək.

İttihama görə, bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində M.Sərxanbəyov tanımadığı şəxslərlə mübahisə edib. O, mübahisə etdiyi iki şəxsə bıçaqla xəsarət yetirib.

M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

Son xəbərlər