Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkilindən unikal TƏKLİF: Nazirlərin mülkləri satılsın...

14.11.2018 18:03 2 309
Millət vəkilindən unikal TƏKLİF: Nazirlərin mülkləri satılsın...
"Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını satıb, gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır”.

Median.Az
unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, 11 min manat vəsait şəhid hərbi qulluqçuların vərəsələrinin hamısına verilsə, bu 264 milyon manat maliyyə vəsaiti edir.

"Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda olan mülkləri, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur. Buna görə də hesab edirəm ki, bu haqda düşünmək və məqsəd uğrunda ciddi addımların atılmasına ehtiyac var”.скачать dle 11.3

Son xəbərlər