Mojo.az — elanlar
Son Xəbərlər
12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Nəsimi” bazarı sökülür

14.11.2018 13:32 5 137
“Nəsimi” bazarı sökülür
Bakıda “Nəsimi” bazarı və ətrafındakı bir və ikimərtəbəli evlər söküləcək.

Bunu Oxu.Az-a açıqlamasında bazarın ərazisində tikinti işləri aparacaq şirkətin hüquqşünası Mahir Qarayev bildirib.

Onun sözlərinə görə, bazarın ərazisi “Pilot layihə”yə salınıb:

“Sözügedən ərazi və ətrafındakı birmərtəbəli və ikimərtəbəli binalar söküləcək. Kvartalda dörd bina olacaq. Bazarın rəhbərliyi ilə ilkin danışıqlar aparılıb. Hazırda son danışıqlar gedir.

“Nəsimi” bazarının söküntüsünə şifahi razılıq verilib. Yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcək. Bazarın söküntü işlərinə isə gələn ilin əvvəllərindən başlanacaq”.

Mahir Qarayev qeyd edib ki, bazar müasir standartlara cavab vermir:

“Bazarın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Yaşayış binasının ilk üç mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Birinci mərtəbədə bazar, ikinci mərtəbədə alış-veriş, üçüncü mərtəbədə isə əyləncə mərkəzi olacaq. Bazarda çalışan satıcılar üçün yerlər təklif ediləcək”.

Qeyd edək ki, “Nəsimi” bazarında hazırda 80-ə yaxın satıcı çalışır.

Son xəbərlər