Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbdəki yanğınla bağlı direktordan AÇIQLAMA: "Yanğın başlayanda şagirdlər...”

13.11.2018 16:44 1 950
Məktəbdəki yanğınla bağlı direktordan AÇIQLAMA:
Bakı şəhəri Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın baş verən binanın birinci mərtəbəsində yerləşən 45 saylı Füzuli köçkün məktəbindən 100 şagirdin təxliyyə olunduğuna dair məlumat yayılıb.

Yenicag.az-a açıqlama verən məktəbin direktoru yanğın zamanı şagirdlərin xəsarət almadığını bildirib:

“Hadisə bu gün səhər saat 8:15 radələrində baş verib. Həmin vaxt FHN-nin əməkdaşları şagirdləri içəri buraxmayıblar. Yanğın binanın üçüncü mərtəbəsində baş verib, bir neçə otaq yanaraq kül olub. Yanğın başlayanda şagirdlər binada olmayıb. Məktəbimiz həmin vaxt boş olub. Bu gün məktəbdə bir nəfər də olsun şagird yoxdur. Hamısını evə göndərdik. Füzuli Rayon İcra hakimiyyəti və Təhsil İdarəsinin nümayəndələri buradadırlar. Məsləhətləşmələr aparılır. Əgər məsləhət olsa, sabah tədris bərpa olunacaq. Əslinə qalsa, məktəbimizə yanğın zamanı heç bir ziyan dəyməyib. Sadəcə olaraq elektrik xətləri kəsildiyi üçün şagirdlərin evdə qalmasını məqbul saydıq”.

Son xəbərlər