Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:11 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib | 18:06 Elektrikli avtomobillər xərçəngə səbəb olur? - ARAŞDIRMA | 17:59 Gədəbəydə avtomobil 6 yaşlı qızı vurdu | 17:50 "Vyetnam səfərimin nəticələrindən çox məmnunam" | 17:42 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu | 17:35 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi | 17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" |
Mojo.az Avto
Mojo.az Avto

Sabah 5 dərəcə şaxta olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

12.11.2018 13:57 2 745
Sabah 5 dərəcə şaxta olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 13-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək. Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Son xəbərlər