Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Sərnişinlərə ŞAD XƏBƏR - İlin sonuna kimi 2 metro stansiya açıla bilər

08.11.2018 16:28 3 329
Sərnişinlərə ŞAD XƏBƏR - İlin sonuna kimi 2 metro stansiya açıla bilər
Hazırda metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.

Baş mühəndis qeyd edib ki, metro vaqonları parkının plana uyğun sürətlə yenilənməsi nəticəsində, Fransanın “Alstom” və Rusiyanın "Metrovaqonmaş" şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək rahatlığa malik 15 ədəd vaqon alınıb.

Ə.Osmanovun sözlərinə görə, vaqon parkının artması saatda 30 cüt qatar hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini çoxaltmağa imkan verib: "İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə "Metrovaqonmaş" şirkətindən 10 vaqon alınıb. Sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin artırılması istiqamətində bütün stansiyaların vestibüllərində interaktiv-sensorlu məlumat köşkləri qurulub. 

Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır. Məlumatların daha dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub".

Son xəbərlər