Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ziyarətə gedən azərbaycanlı Kərbalada həbs olundu – Foto

06.11.2018 14:22 2 029
Ziyarətə gedən azərbaycanlı Kərbalada həbs olundu – Foto
Masallı şəhərindən “Salam Tur” adlı şirkətlə ziyarətə gedən 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu həbs olnub.

Bu barədə Sputnik Azərbaycan-a onun yaxınları məlumat verib.

Bildirilib ki, onlara Hüseynin həbs edilməsi ilə bağlı müxtəlif fikirlər deyilir: “Ancaq biz bilirik ki, namaz qılan, dindar olan bir şəxs belə addımlar atmaz. Gah deyirlər, taksi qaçırıb, gah deyirlər, maşın oğurlayıb, gah da deyirlər ki, kiminsə avtomobilində yatıb. Konkret heç nə bilmirik”.

“Deyirlər ki, güya, Hüseyn ziyarət zamanı gecə havanın soyuq olduğu üçün tanımadığı bir maşına oturaraq özünü soyuqdan qorumağa çalışıb. Hüseyni maşında yuxu tutub və yatıb. Digər bir maşın isə onun yatdığı maşına çırpılıb. Elə bu zaman hadisə yerinə gələn hüquq -mühafizə orqanları Hüseynin yatdığı maşının düzgün istiqamətdə saxlanmadığını əsas gətirərək günahı həmin maşında görüb. Daha sonra Hüseynin yatdığı maşın sahibi hadisə yerinə gələrək bildirib ki, Hüseyni tanımır və maşını da burada saxlamayıb. Bir sözlə, maşını Hüseyn qeyri-qanunu olaraq idarə edən zaman bu hadisə baş verib. Maşının sahibi dəymiş ziyanın dərhal ödənilməsini tələb edib. Hesablama zamanı məlum olub ki, Hüseyn zərərçəkənə, ümumilikdə 6800 dollar ziyan vurub. Hüseyn bu dəymiş ziyanı ödəyə bilmədiyi üçün onu zindana salıblar”, – deyə qeyd ediblər.

H.Fətullayevin yaxınlarının sözlərinə görə, 2 gündür ki, o, həbsdə saxlanılır: “Orada Hüseynin vəziyyəti yaxşı deyil. Oranın qanunlara görə, həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözmü də çox tab gətirə bilməz. Hal-hazırda ümid edirik ki, zəvvarları ziyarətgaha aparan Salam Tur şirkəti bizə kömək edəcək”.


Son xəbərlər