Mojo.az Banner
Son Xəbərlər
13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda küt alətlə yaşlı insanı öldürən şəxsin məhkəməsi başlayıb

05.11.2018 16:05 3 932
Sabunçuda küt alətlə yaşlı insanı öldürən şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emin Ramazanovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsindən, qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də o, xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində, fevralın 16-da kafedə, T.Həmzəyevlə Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə şüşə qabla ilə xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat tədbiri nəticəsində E.Ramazanov saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış noyabrın 7-nə təyin edilib.

Son xəbərlər