Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobusa çanaq antenası ilə daxil oldu, sürücü ilə mübahisə yarandı - Kim haqlıdır? - VİDEO

02.11.2018 12:50 2 723
Avtobusa çanaq antenası ilə daxil oldu, sürücü ilə mübahisə yarandı - Kim haqlıdır? - VİDEO
Bakıda bir sərnişinin avtobusa çanaq antenası ilə daxil olması mübahisələrə səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü sərnişinin özü ilə avtobusa gətirdiyi yükün normalara uyğun olmadığını əsas gətirərək ondan avtobusdan düşməsini tələb edib.

Sərnişin isə artıq gedişhaqqını ödədiyini deyib və avtobusdan düşməyib. Sürücünün sərnişin düşənə qədər hərəkət etməyəcəyini bildirməsi isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub.

Bu mübahisə "İctimai nəqliyyatda hansı yükləri daşımaq olar" sualını gündəmə gətirib.

"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin qərarına əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə eni 60, uzunluğu 40 və hündürlüyü 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Qaydalara uyğun olmayan yüklərin daşınmasına görə isə sərnişin cərimə oluna bilər.

Videodakı çanaq antenasına gəldikdə isə, ekspert Azər Allahverənov deyib ki, bu formada yüklərin daşınması qanunvericiliyə ziddir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, sərnişinlərə narahatlıq yaradan, mümkün sərt manevr zamanı şəxsin özünün və digər sərnişinlərin xəsarət almasına səbəb olacaq əşyaların daşınması qadağandır. Sürücü bu cür əşyalarla avtobusa daxil olan şərnişinə etirazını bildirməli və ondan avtobusu tərk etməsini tələb etməlidir.скачать dle 11.3

Son xəbərlər