Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda aylıq sosial müavinət alanların sayı açıqlanıb

30.10.2018 13:31 1 282
Azərbaycanda aylıq sosial müavinət alanların sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 419,9 min nəfərə aylıq sosial müavinət ödəyir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət verilir.

Həmçinin, qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı, müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər. Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Bundan başqa, uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər isə birdəfəlik müavinətlə təmin olunurlar.

Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub.

Son xəbərlər