Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Altı məhkəmə hakimi barəsində intizam icraatları başlanılıb

29.10.2018 16:57 3 502
Altı məhkəmə hakimi barəsində intizam icraatları başlanılıb
Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə iclası keçirilib.

İclasda Ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib.

Şurada həmçinin bildirilib ki, 2013-cü ildə yeni qaydalarla seçilərək təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işi yerində öyrənilib, fəaliyyətlərini xarakterizə edən sənəd, material və məlumatlar toplanıb.

Həmin hakimlərin fəaliyyəti qiymətləndirilməklə vəzifələrinin öhdəsindən layiqincə gələn şəxslərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı vurğulanıb.

Eyni zamanda hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizədlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, ixtisaslaşmalarının aparılması məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilib. Həmin namizədlərin birinci instansiya məhkəmələri üzrə müxtəlif hakim vəzifələrinə təyinatları barədə təkliflərin hazırlanması tapşırılıb.

Bildirilib ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti, o cümlədən ilk dəfə olaraq Ali və bütün apellyasiya instansiyası məhkəmələri tam komplektləşdiriləcək ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

İclasda qanunvericiliyin tələblərinin pozulmasına prinsipial münasibət göstərilərək altı hakim barədə intizam icraatları başlanılıb.

Son xəbərlər