Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəzifəli şəxslər bu sənədləri vətəndaşlardan tələb edə bilməz: 600 manatadək cərimə

26.10.2018 13:45 2 378
Vəzifəli şəxslər bu sənədləri vətəndaşlardan tələb edə bilməz: 600 manatadək cərimə
Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq.

Median.Az
Trend-ə istinadən bildirir ki, bununla bağlı "İnzibati icraat" haqqında qanunda dəyişiklilər edilməsi təklif olunur.

Belə ki, qanuna əlavə olunan 32.2-1-ci maddədə qeyd olunur: "İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur".

Dəyişikliklər dövlət idarəetməsində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə təklif edilib. Belə ki, dövlət orqanlarının bir-birinin informasiya ehtiyatlarına çıxışları, informasiya inteqrasiyası imkanlarının genişlənməsi lazım olan məlumatları vətəndaşın iştirakı olmadan inzibati orqanların özlərinin əldə etmələrinə imkan verir. Eyni zamanda, qanunun bu tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətin nəzərdə tutulması təklif edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan müvafiq dəyişikliyə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə vəzifəli şəxslər 350 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.скачать dle 11.3

Son xəbərlər