Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |    
Mojo.az Avto
Mojo.az Avto

“Papanin” stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

26.10.2018 13:12 4 340
“Papanin” stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı
Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, işlərin 2019-cu ilin axırı, 2020-ci ilin əvvəlinə kimi yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, Bakı Metropolitendə xətlərinin uzunluğu 36,6 kilometr, xətlərinin sayı 3, stansiyalarının sayı 25-dir.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Son xəbərlər