Daşkəsəndə sərxoş oğul valideynlərini döydü
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Firdovsi Bağırov saxlanılıb.
İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.