Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Nizami rayonunda quldurlar ərlə-arvada basqın ediblər

09.10.2018 17:00 4 453
Nizami rayonunda quldurlar ərlə-arvada basqın ediblər
Median.Az xəbər verir ki, oktyabrın 7-i saat 22 radələrində Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman Sadıqov onlardan birini saxlayıb, digər şəxs isə pulla birgə hadisə yerindən qaçıb.

Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs Bakı şəhər sakini Balağa Nuriyevdir.

Nzami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, ikinci şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər