Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Anası keçmiş deputat olmuş oğluna haqqını haram etdi – Azərbaycanda – Video

05.10.2018 16:49 2 840
Anası keçmiş deputat olmuş oğluna haqqını haram etdi – Azərbaycanda – Video
“Küçədə qalan Xəyaləyə aylar sonra atası sahib çıxdı”

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl Dərdini Danış” verilişində çıxış edən ananın fəryadı hər kəsi göz yaşına boğub. Bu barədə biraz sonra. İlk olaraq verilişə dəvət olunan Xəyalə adlı xanım aylarla küçədə qalıb. Keçmiş ərinin 4 arvadının olduğunu və bir arvadından olan qızı böyüdüb ərə verdiyini amma hər gün döyüldüyünü vurğulayıb. Onun sözlərinə görə 2 uşağını götürüb ata evinə yollansa da ailəsi daha dəqiq qardaşı Xəyaləni qəbul etməyib. Yalnız uşaqları internat evinə verdikdən sonra ata ocağında qala biləcəyini deyib. Xəyalə isə övladlarını götürərək Bakıya gəlib. Aylardı küçədə bəzən onun bunun evində sığınan Xəyaləyə teleaparıcı Amil Xəlil dəstək olub. Aparıcı Binə qəsəbəsindən gələn bir zəng vasitəsi ilə onu axtarıb birbaşa studiyaya gətirib. Xəyalə tək istəyinin sığınacaq evi olduğunu desə də, Amil Xəlil onun atasını studiyaya dəvət edib: “Çətinliklə də olsa mən onun doğma atasını efirə gətirə bildim”

Daha sonra verilişdə iştirak edən 84 yaşlı ananın açıqlamaları isə hər kəsi qəhərləndirib. Rəfiqə xanım bildirib ki, uzun illər Kürdəmir rayonunda mühüm vəzifələrdə çalışıb. Keçmiş deputat olduğunu, xalq, millət üçün çalışdığını bildirib. Amma sən demə ananın oğlu son zamanlar ona sahib çıxmırmış. “Oğlumu evləndirdim. Yanımda qaldı. Amma o məni arvadının ayağına verdi.”

Daha sonra verilişə qoşulan oğulun sanki ananın dediklərini təsdiqləmək kimi çıxışı aparıcı ilə bərabər ekspertlərində hiddətinə səbəb olub. “Anam arvadımla yola getmirdi. Mən də çıxdım evdən”

Bu açıqlama Rəfiqə xanımı özündən çıxartdı. O oğluna halalıq vermədiyini birbaşa efirdən səsləndirib. “Səni 9 ay bətnimdə gəzdirmişəm. Yeməmişəm, yedizdirmişəm. Bu gün sənə haqqımı halal etmirəm”

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan etibarən Bizimyol.info-nun informasiya dəstəyi ilə Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.скачать dle 11.3

Son xəbərlər