Mojo.az Banner
Left Banner
Right Banner

“Bakmil” stansiyası müvəqqəti bağlanır

05.10.2018 13:19 4 049
“Bakmil” stansiyası müvəqqəti bağlanır
“Bakmil” stansiyasında yenidənqurma ilə bağlı oktyabrın 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.

“Bakı Metropoliteni”ndən oxu.az-a verilən məlumata görə, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

Məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.

Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner