Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zakir Həsənov ordu rəhbərliyini topladı

29.09.2018 14:45 4 369
Zakir Həsənov ordu rəhbərliyini topladı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 29-da Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də, qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla, şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.

Müşavirə zamanı general-polkovnik Z.Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.скачать dle 11.3

Son xəbərlər