Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Fondu I sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib

12.09.2018 14:39 3 026
Heydər Əliyev Fondu I sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Fonddan verilən məlumata görə, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.

Qeyd edək ki, fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.скачать dle 11.3

Son xəbərlər