Mojo.az Banner
SON DƏQİQƏ
12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

11.09.2018 17:06 4 575
Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA
Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.

Bunu Oxu.Az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

“Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə isə bildirib ki, ərəb bloqerin iddia etdiyi rəqəmlər fakta əsaslanmır:

“Həmin bloqerin çəkdiyi görüntüləri hər bir şəxs digər ölkələrdə də çəkə bilər. Hər bir ölkədə gənclər gecə klublarına gedir, əylənirlər. Bu barədə çəkilişlər etmək olar. Heç bir fakta əsaslanmadan mənbəyi bilinməyən rəqəmlər səsləndirir. Həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. Bu məsələdə xüsusi şərhə ehtiyac yoxdur. Ali Əthab adlı bloqerin peşəkarlıq səviyyəsi nədirsə, onu da ortaya qoyub”.

Qeyd edək ki, ərəb bloqer Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb.

Reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb.

Bloqer qeyd edib ki, səkkiz min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.скачать dle 11.3

Son xəbərlər