Mojo.az Banner
Son Xəbərlər
17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanında iştirak edə bilməyənlərə yeni - ŞANS

06.09.2018 16:29 2 061
Buraxılış imtahanında iştirak edə bilməyənlərə yeni - ŞANS
Bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış imtahanları Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir.

İmtahanların idarə olunması üçün 9 imtahan rəhbəri, 92 nəzarətçi-müəllim ayrılıb. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 3-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) sənədləri gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.

Son xəbərlər