Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Aşurada şagirdlərin dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar

03.09.2018 17:07 1 902
Aşurada şagirdlərin dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar
"Məhərrəm ayı, o cümlədən Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.

S.Heydərov qarşıdan gələn Məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib:

"Məhərrəm ayı son illər ərzində adət formasında keçirilir, bu il də belə keçiriləcək. Son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edirik. Aşura mərasimi qanunlara hörmət edilərək, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər demək olar ki, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir"./azxeber.com

Son xəbərlər