Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Milli Qəhrəman Çingiz Mustafayev - 58

29.08.2018 13:06 4 169
Milli Qəhrəman Çingiz Mustafayev - 58
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.

Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.

O, cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi, cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.скачать dle 11.3
Mojo.az Banner