Mojo.az — elanlar
Son Xəbərlər
20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi toy karvanlarını nəzarətə götürdü – Maksimum 5 avtomobil… – VİDEO

25.08.2018 16:48 2 324
Yol polisi toy karvanlarını nəzarətə götürdü – Maksimum 5 avtomobil… – VİDEO
Yol polisi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Son illər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları hərəkət zamanı xeyli xətalara yol verir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, nəticədə iki gəncin xoş günü yasa çevrilir. Toy karvanlarında belə hadisələrin baş verməməsi üçün polis toy sahiblərinə müraciət edib. Bəy-gəlini müşayiət edən avtomobillərin sayını azaldın.

Yol polisi toy sahiblərinə müraciət edib. Toy karvanında maksimum 5 avtomobil iştrak etsin. Bununla bağlı ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi ilin əvvəlindən bu günə qədər toy karvanlarında 11 yol nəqliyyat hadisəsinin baş verdiyini, bu hadisələr zamanı 2 nəfər öldüyü, 9 nəfər isə xəsarət aldğını deyir.

Buna görə də Bakı Şəhər Dövlət Yol Polis idarəsi toy sahiblərinə təklif edir ki, toy karvanlarında maksimum 5 avtomobil iştrak etsin, eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsinlər. Hətta bununla bağlı yol polisi animasiya da hazırlayıb.

Bölmə rəisi onu da bildirdi ki, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Elə buna görə də polis son illər toy karvanlarına nəzərati daha da gücləndirib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarının lüzumsuz olaraq tutulması, yeri gəldi-gəlmədi səs siqnalından istifadə etdiyi, qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olduğu üçün 100 sürücü barəsində inzibati qaydada protakol tərtib edilib.

Toy karvanında avtoxuliqanlıq edən 10 sürücü isə aşkar edilərək barələrində məhkəmə qərarı ilə inzibati həbs qərarı çıxarılıb.

Son xəbərlər