Mojo.az Banner
23:00 Hakerlər "Meta AI"ni aldadaraq "Instagram" hesablarını ələ keçiriblər  |     22:53 Azərbaycanda 152 min nəfər bu xüsusi pensiyanı alır - SİYAHI açıqlandı  |     22:48 Hava ilə bağlı vacib xəbərdarlıq: Bu məhsullar bahalaşa bilər  |     22:39 "İnstagram music" Azərbaycanda fəaliyyətini dayandırdı -Musiqili paylaşımlar silinir  |     22:33 Reper Ayşə vəfat etdi — FOTO  |     22:25 Külək nə zaman zəifləyəcək?  |     22:20 Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir  |     22:13 Naxçıvanda casusluqda ittiham olunan şəxsə hökm oxundu  |     22:12 "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı  |     22:04 Azərbaycanda pul bazası 24 milyard manatı ötdü  |     21:59 Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr  |     21:52 Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...  |     21:47 Pakistanı qum fırtınası vurdu: 4 ölü, 60 yaralı var  |     21:39 MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək  |     21:33 Müəllimlərin DİQQƏTİNƏ: Elektron sənəd qəbulu BAŞLAYIR  |     21:26 Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb  |     21:21 Qazaxıstanda hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb  |     21:12 Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb  |     21:07 Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır  |     21:00 Omeqa-3 hər kəs üçün faydalı deyil? - Həkimlərdən vacib xəbərdarlıq  |    
Left Banner
Right Banner

Bakıda aldatma sxemi: Avtomobil ustası sirləri açıqlayır

10.08.2018 15:10 5 508
Bakıda aldatma sxemi: Avtomobil ustası sirləri açıqlayır
Bakıda “Toyota” avtomobilinin sürücüsünün başına maraqlı hadisə gəlib.

Median.Az
xəbər verir ki, motordan səs gəlməsindən şikayətlənən şəxs paytaxtdakı avtoservislərdən birinə müraciət edib.

Diaqnostik yoxlamadan sonra sürücüyə avtomobilindəki çatışmazlıqlarla bağlı siyahı təqdim edilib. “Təmir”lə bağlı ona 3 600 manatlıq qəbz təqdim olunub. Sürücü ustanın “işinə” görə bu məbləği ödəməli olub. Ən təəccüblüsü isə, dələduz-usta motordakı səsin qarşısını ala bilməyib.

Göstərdiyimiz hadisə yeganə hal deyil.

Bununla əlaqədar Oxu.Az Bakıda avtomobilin təmirinin qiymətini artırmaq üçün dələduz-ustaların əl atdığı əsas üsulları öyrənib.

Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmir və xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur.

Müxbirimizlə söhbətində avto-diaqnostika ilə məşğul olan Əli Cahangirov Bakıdakı bəzi avtoservislərdə sürücülərin aldadılma üsullarını açıqlayıb.

Onun sözlərinə görə, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır.

Bu, necə baş verir?

“Misal üçün, siz hansısa problemlə bağlı texniki mərkəzə gəlirsiniz. Ancaq diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var.

Nəticədə, texniki mərkəzə gedəndə təsəvvür belə etmədiyiniz problemlərin təmirinə razı olursunuz. Əlbəttə, elə ustalar var ki, onlar aldatmır və əlavə işlər görmür. Ancaq, təəssüf ki, bir çox hallarda hər şey əksinə baş verir.

Nəticədə, lazımsız işlərə görə əlavə pul ödəməli olursunuz, müraciət səbəbiniz olan problem isə həll olunmamış qalır”, - usta deyib.



Risk kateqoriyası – “bahalı avtomobillər”

Çox vaxt bu cür problemlər bahalı avtomobil idarə edənlərin başına gəlir.

Bu avtomobil sahiblərinə əyləc sistemində problemlə bağlı “gözəl” əhvalat uydururlar və sonda bunun düzəldilməsini məsləhət görürlər.

Və ya əksinə, sizə benzin-nasosun sıradan çıxdığını və dəyişilməyə ehtiyac olduğunu deyə bilərlər. Həm də filtr və kəmərlərin dəyişdirilməsini “məsləhət” görə bilərlər.

Sonda bir məsləhət

Müsahibimiz məsləhət görür: əgər servisdə sizə hansısa detalların dəyişilməsinin vacibliyi bildirilsə, dərhal razılaşmayın və düşünün.

Əgər ustanın və ya avtoservis işçisinin vicdanlı olmasından şübhələnirsinizsə, başqa avtoservisə müraciət edin və nəticələri müqayisə edin. Bununla siz aldadılmağınızın və əlavə pul ödəməyinizin qarşısını ala bilərsiniz.скачать dle 11.3
Mojo.az Banner