Mojo.az Banner
21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |     20:50 Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlandı  |     20:44 Həbsdən əvvəl Bakıda "Kalaşnikov" gizlədibmiş  |     20:35 "Zevs"in qardaşına hökm oxundu  |     20:30 Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi  |     20:22 Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi  |     20:17 Sabah çimərliklərdə gözlənilən hava açıqlandı  |     20:09 İlk dəfə Avropaya getdilər  |     20:04 Sabah yağış yağacaq  |     19:56 Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb?  |     19:51 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı  |     19:43 "Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq" - ADY  |    
Left Banner
Right Banner

Əməliyyatı ilə dünyaya səs salan azərbaycanlı həkim danışdı

07.08.2018 11:49 4 020
Əməliyyatı ilə dünyaya səs salan azərbaycanlı həkim danışdı
Azərbaycanlı göz həkimi Mehriban Əlizadə Qərbi Afrika dövləti olan Nigerdə 25 il gözü görməyən qadın üzərində uğurlu əməliyyat icra edib. Əməliyyatdan sonra qadının gözü açılıb. Azərbaycanlı həkim bu kimi ölkələrə türk həkimlərin yaratdığı könüllülər dərnəyi ilə tez-tez gedir, ehtiyacı olan ölkələrdə pasiyentləri müayinə və mülaicə edir.

İki övladı və həyat yoldaşı olan nigerli Xədicə Şəfahət indiyə kimi övladlarının üzünü heç vaxt görməmişdi. Oftamoloq Mehriban Əlizadənin uğurlu əməliyyatından sonra isə həmin qadın 25 ildən sonra ilk dəfə dünyaya azərbaycanlı həkimin sayəsində baxa bilir.

Bu gün “Skype” vasitəsi ilə müsahibə verən Mehriban Əlizadə deyib ki, o tez-tez müxtəlif dərnəklər vasitəsi ilə ehtiyac içində olan öləkələrdə müayinə və müalicələr aparır. Ən son Nigerdə olarkən isə övladını müayinəyə gətirən bir qadının gözündəki problem onun diqqətini çəkib və uğurlu əməliyyatla doğuşdan bəri gözü görməyən qadının gözlərinin açılmasına nail olub.

Mehriban xanımın sözlərinə görə, xəstənin doğuşdan gözü görmədiyi üçün, hətta necə güləcəyini belə bilmir, çünki hissləri tamamən ölübmüş:

“Əməliyyat öncəsi şəkil çəkdirən zaman nə qədər etdik gülümsəmədi. Çünki hisləri yox idi. Amma əməliyyatdan sonra özünü saxlaya bilmədi, qəhqəhə çəkdi, gözləri sulandı”.

Mehriban Əlizadənin sözlərinə görə, o, artıq könüllülər dərnəyi vasitəsilə 23 dəfə ehtiyac duyulan ölkələrdə olub. Orada böyük çətinliklər yaşasa da, bu səfərlərə davam edəcəyini bildirir. (Minval.info)скачать dle 11.3
Mojo.az Banner