Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

QHT rəhbərinin apellyasiya şikayəti təmin edilməyib

06.08.2018 17:23 1 999
QHT rəhbərinin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Median.Az
xəbər verir ki, R.Hacılının apellyasiya şikayəti təmin edilməyib, qərar qüvvədə qalıb. Xarırladaq ki, ötən həftə Nərimanov rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin həbs müddəti 2 ay 15 gün müddətinə uzadılıb.

Qeyd edək ki, R.Hacılının barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində CM-nin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda isə istintaq orqanı ona qarşı əlavə CM-nin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrini irəli sürüb. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini bildirib.

DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastava­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində Azər­baycan Res­pub­likasının vətəndaşları - 1983-cü il tə­vəllüdlü Hacılı Ramin və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin saxlanılıb.

İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona kömək et­məsini etiraf edib. R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Son xəbərlər