Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

Keçmiş arvadını şəkilə görə boğan şəxsin məhkəməsi keçirilib

31.07.2018 18:45 1 937
Keçmiş arvadını şəkilə görə boğan şəxsin məhkəməsi keçirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rahib Babayevin (1985-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, bu il yanvarın 23-ü gecə saat 3 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi Hasil Bayramov küçəsi, 67 ünvanında Rahib Babayev keçmiş həyat yoldaşı Ülviyyə Orucəliyevanı (1992-ci il təv.) boğaraq öldürüb və hadisədən sonra könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

İbtidai istintaqda iş üzrə bindirilmiş R.Babayev bildirib ki, 2 ildir ki Ülviyyədən ayrılıb, nigahlarında iki azyaşlı övladları var. Rəsmən boşansalar da, birgə yaşayıblar, hətta məhkəmənin təyin etdiyi alimenti də ödəyib.Onun sözlərinə görə, Orucəliyeva qabağını kəsərək "səni qoymayacam evlənəsən, qayıt yanıma" deyib. Rahib birtəhər onu sakitləşdirib, evə gətirib. Lakin orada Ülviyyə sakitləşməyib və onu təhqir etməyə başlayıb. Buna görə Babayev dözməyərək, onu əlləri ilə boğazından tutub, boğub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb : "Şərəf və ləyaqətimi alçatdığı üçün bu cinayəti törətdim. Peşmanam, özümü, onu və uşqalatın həyatını məhv etdim". Rahib Babayevin sözlərinə görə, Ülviyyə Orucəliyeva iki dəfə ona bıçaqla xəsarət yetirib : "Birinci dəfə evdə vurdu məni. Bıçağı atdı, o da gəldi ayağıma batdı. Sonra Binə qəsəbəsində kirayə ev tutdum, izlədi, yerimi tapdı. Yolda rastlaşanda sinəmdən zərbə endirdi". Hadisə baş verən gecə uşaqlar artıq yatmışdı : "Ülviyyə mübahisə zamanı özüünə xəsarət yetirmək istədi, qollarını kəsməyə cəhd edəndə, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sakitləşdirdim".
Babayev bildirib ki, növbəti mübahisələri gecə saat 3-də başlayıb. O yataqda yatanda Ülviyyə telefonla şəkilini çəkib, yeni ailə həyatı qurduğu qadının qardaşına göndərib : Ülviyyə şəkilin dalncı səs göndərib, dedi ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Bundan bərk əsəbiləşdim. Qışqıra-qışqıra əllərimlə boğazından tutub, sıxdım".

Növbəti proses avqustun 7-nə təyin olunub.скачать dle 11.3
Mojo.az Banner