Mojo.az — elanlar
Son Xəbərlər
17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə inanılmaz olay - VİDEO

13.07.2018 18:27 3 952
Mingəçevirdə inanılmaz olay - VİDEO
Bu gün Mingəçevir şəhərində qəribə, eyni zamanda, səhiyyəmiz adına biabırçı olay baş verib.

Median.Az
7news.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində Mingəçevir Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım avtomobili xarab olub və 45 dərəcəyə yaxın istidə xəstəni küçəyə endiriblər. Olduqca pis vəziyyətdə olan xəstə bir neçə dəqiqə şəhərin mərkəzi avtomobil yolunda, qızmar günün altında qalıb. Bu zaman xəstənin halı kritik həddə düşüb.

Yalnız ətrafdakıların müdaxiləsi nəticəsində xəstəni başqa avtomobillə aparmaq mümkün olub. İsti havada bu vəziyyətə düşən xəstənin sonrakı taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq videodan da görünür ki, vəziyyət o qədər də ürəkaçan deyil.

Yerli əhalinin verdiyi məlumata görə Mingəçevir Mərkəzi Xəstəxanasına dövlət tərəfindən milyonlarla vəsait ayrılsa da durum o qədər də ürəkaçan deyil. Məlumatda qeyd olunur ki, Təcili Tibbi Yardım avtomobilini sürən şəxsin, həkimlərin heç bir günahı yoxdur. Çünki Xəstətana vaxtı-vaxtında avtomobilləri texniki baxışdan keçirmək, yanacaq almaq üçün vəsait ayırmır. Daha doğrusu dövlət vəsait ayırır, sadəcə təyinatı üzrə deyil, şəxsi maraqlara xərclənir. Məhz buna görə Mingəçevirdə bu kimi biabırçı hallara tez-tez rast gəlmək mükündür.

Son xəbərlər