Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Sosial şəbəkələr nəzarətə götürülməlidir” - Hadi Rəcəbli

12.07.2018 17:28 1 585
“Sosial şəbəkələr nəzarətə götürülməlidir” - Hadi Rəcəbli
"Dünyada politologiya elmi ilə yanaşı, konfiliktologiya elmi də var. Siyasətşünaslıq və münaqişəşünaslıq. Bütün dünyada gedən prosesləri münaqişəşünaslıq elmi vasitəsilə idarə edirlər. Suriyada, Misirdə və digər ölkələrdə gedən proseslərə baxsaq, görərik ki, bunların hamısında o elmdən istifadə ediblər. Yəni, bu gün bütün dünyada cəmiyyət problemsiz deyil. Bütün ölkələrdə problemlər, qəzalar, hadisələr olur. Ancaq bu o demək deyil ki, həmin cəmiyyət və dövlət dağılmalıdır”.

Median.Az
xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında deputat Hadi Rəcəbli iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dünyada münaqişə yaradan bir neçə problem var: "Bunlar, milli və etnik ayrı-seçkilik, dini və təriqət ayrı-seçkiliyi, ərazi iddiaları və sonuncusu sosial məsələdir. Bu hallarda isə bilavasitə dini ekstremizm özünü göstərir. Biz sosial şəbəkələrdə yayılan məlumatlara diqqətlə baxmalıyıq. Mən bu gün sevinirəm ki, bütün çıxış edənlər bildirirlər ki, "Hadi müəllimin dediyi və insanların qəbul etmədiyi "söyüş söyən, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir” fikri tam doğrudur”. Həqiqətən də belə sosial şəbəkə səhifələri nəzarətə götürülməlidir. Bu gün Azərbaycanda iqtidar-xalq birliyi var. Gəncədə baş verən təxribatlar vətəndaşlarımızı daha da ayıq-sayıq olmağa çağırır. Bildiyimiz kimi, məlum hadisə zamanı 2 yüksək vəzifəli polis zabitimiz şəhid oldu. Niyə bilavasitə cinayətkarlar vəzifəli zabitlərimizi öldürüblər? Niyə oradakı serjanta, hadisəni çözən adamlara təcavüz edilməyib və bu 2 zabit qətl edilib? Bu bir daha onu göstərir ki, Gəncədə baş verən hadisələr təşkil olunub və Azərbaycanın sabitliyini görmək istəməyən qüvvələrin xeyrinədir”.

Hadi Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazı yazan, adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər birini təhlil edən zaman görərik ki, bunların hamısı dövlətin, xalqın əleyhinə olan insanlardır:

"Ona görə də ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, münaqişəşünaslıq elminin əsaslarına uyğun olaraq biz belə hisslərə, kütlə psixologiyasına uymamalıyıq”.

Deputat həmçinin qeyd edib ki, Gəncə qədər Azərbaycanda yeniləşən, müasirləşən ikinci bir şəhər təsəvvür etmir:

"Bu şəhərdə sözün əsl mənasında Azərbaycanın qədim diyarı bərpa olunub. Şəhərdə bərpa işləri aparılıb, insanlara xüsusi şəraitlər yaradılıb, yeni iş yerləri açılıb, parklar, binalar tikilib. Bu gün Gəncə dünyəvi şəhərə çevrilib. Orada bir neçə beynəlxalq tədbirlər keçirilib. Bu hadisələr bir daha onu göstərir ki, Gəncədə baş verən iğtişaş tamamilə təxribatdır”.

Son xəbərlər