Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Hava yenidən sərinləşəcək

11.07.2018 18:21 2 965
Hava yenidən sərinləşəcək
İyulun 13-dən Azərbaycanda havanın temperaturu enəcək.

Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyul ayının ilk günlərində Azərbaycanda son 120 ilin rekord göstəriciləri qeydə alınıb:

“Hazırda havanın temperaturu normadan yüksəkdir. Amma biz iyul ayının ilk günlərindəki hava şəraitinin göstəriciləri ilə hazırkı vəziyyəti müqayisə etdikdə məlum olur ki, temperatur bir neçə dərəcə aşağıdır. Bu istilər uzun müddətli olmayacaq.

Artıq ayın 13-dən havanın temperaturu aşağı enəcək. Şimal küləyi güclənəcək və küləkli hava şəraiti bir neçə gün davam edəcək. Həmin müddət ərzində temperatur iqlim norması daxilində olacaq”.

Umayra Tağıyeva qeyd edib ki, son 15 ilin statistikası təsdiqləyir ki, Azərbaycanda ən isti dövrlər iyul və avqustda müşahidə olunur:

“Bu ilin avqustunda isti dövrlər müşahidə olunacaq. Biz bu gün və sabah rekord göstəricilərin təkrarlanmasını gözləmirik.

Avqustda da rekord göstəricilərin olması ola bilər. Uzun müddətli hava proqnozların etibarlılığı o qədər yüksək olmur. Son illərin statistik məlumatlarına əsasən, deyə bilərik ki, iyul və avqust ayları ümumi tendensiyadan az fərqlənəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, havanın temperaturunun kəskin artması gözlənildiyi halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhaliyə və təşkilatlara məlumat veriləcək.

Son xəbərlər