Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər qəbirləri təhqir edirlər - VİDEO

08.07.2018 23:09 2 025
Ermənilər qəbirləri təhqir edirlər - VİDEO
İşğal altında olan torpaqlarımızdakı azərbaycanlıların qəbirlərinə qarşı növbəti dəfə vandalizm aktı törədilib. Üstəlik, ermənilər bu vəhşiliklərinin fotolarını internetdə yayıblar.

Şəkildəki qəbirlərin sahibləri, hazırda məcburi köçkün həyatı yaşayan vəliyevlər ailəsi bu görüntülərdən böyük sarsıntı keçiriblər.

Bu erməni işğal altında olan torpaqlarımızdakı azərbaycanlıların qəbirlərinə qarşı hörmətsizlik edir, başdaşlarını təpiklə aşırmağa çalışır.
Hələ bu azmış kimi törətdiyi vəhşiliyi fotolentə köçürüb sosial şəbəkələrdə paylaşıb.

Bu görüntülər sosial şəbələrdə yayıldıqdan sonra təhqirə məruz qalan qəbirlərdən biri Füzuli rayonu Qərvənd kənd sakinləri tərəfindən tanınıb. Sakinlər kəndlərindəki qəbiristanın böyük olduğunu, ancaq əksər qəbirlərin dağıdıldığını deyirlər.

Kənd sakinləri bu hadisədən sarsıntı keçiriblər. Hətta təhqir olunan qəbirdə yatan Sərfinaz Vəliyevanın 72 yaşlıqızının şəkəri və təzyiqi yüksəldiyindən xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirdi ki, ermənilərin maddi və mədəni abidələrə qarşı bu kimi vandalizm hərəkətləri uzun müddətdir davam edir. Bununla bağlı həm beynəlxalq təşkilatlar, həm də digər dövlətlərə mütəmadi olaraq məlumat verilir. Amma təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət düşmənin bu kimi hərəkətlərinə hələ də lazimi reaksiyanı göstərmir.(Xezerxeber)

Son xəbərlər