Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda borca görə dostunu öldürən şəxsi yaxınları qız zorlamaqda ittiham edirlər

06.07.2018 14:28 4 157
Xaçmazda borca görə dostunu öldürən şəxsi yaxınları qız zorlamaqda ittiham edirlər
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il təv.) xəsarət yetirib. Nəticədə o hadisə yerində ölüb, cinayəti törədən şəxs isə könüllü RPŞ-nə gələrək təslim olub. Onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq, maddi sübut kimi götürülüb.

İstintaqın gedişatında məlum olub ki, E.Hidayətov uşaqlıq dostu Ə.Cəfərova 700 manat pul borc verib. Bir müddətdən sonra, pulun qaytarılmasını görən Ehtiram Əfqanın yanına gəlib, uşağına müalicə üçün pul lazım olduğunu deyib və borcunu istəyib. Əvəzində Cəfərov onu təhqir edib, bundan hiddətlənən Hidayətov evindən tüfəngini götürərək, geri qayıdıb və atəş açmaqla, sonuncunu qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində E.Hidayətov ittiham üzrə özünü tam təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib.

Zərərçəkmiş şəxsin hüququ varisi Fatma Cəfərova bildirib ki, Ehtiram oğlunu borca görə yox, qız üstündə qətlə yetirib : "Ehtiram bizim qohumumuz olan 18 yaşlı qızı zorlayıb və söz-söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm, özünüz təqsirləndirilən şəxsdən soruşarsınız. Oğlum demişdi ki, bu söhbəti qızın qardaşlarına xəbər verəcək, buna görə də o öldürüldü". Zərərçəkmiş Əfqanın Ehtiramdan borc pul almadığını deyib.

Şahid qismində mərhumun qardaşı Nizami Cəfərov da ifadə verib. O bildirib ki, Ehtiram qohumlarını zorlayıb : "Kənddə bu hadisə barədə bütün sakinlər danışırdı. Prokurorluğda bu barədə dindirilərkən bildirmişdik, lakin ittihamda zorlama ilə bağlı heç nə yazılmayıb".

Hakim bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat yoxdur.

Növbəti proses ayın 13-nə təyin olunub.скачать dle 11.3
Mojo.az Banner