Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Əllə pambıq yığmağa son qoymaq lazımdır” - DEPUTAT

25.06.2018 17:51 1 892
“Əllə pambıq yığmağa son qoymaq lazımdır” - DEPUTAT
“Pambıq sahələrində baş verən zəhərlənmələr Azərbaycana gətirilən dərmanların keyfiyyəti ilə əlaqədar ola bilər”.

Median.Az
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov “Azadlıq" radiosuna açıqlamasında deyib: “Müvafiq dövlət qurumları həmin dərmanları yoxlamadan keçirib sonradan sahələrə buraxılmalarına icazə verməlidirlər. Əks təqdirdə, oxşar hallarla yenə rastlaşacağıq”.

Hökumətin reaksiyasına gəlincə, Vahid Əhmədov xatırladıb ki, kənd təsərrüfat naziri İnam Kərimov hadisənin birinci günündən mövqeyini ifadə edib. Hüquq-mühafizə orqanları cinayət içşi açıb və həbslər barədə açıqlama yayıblar. Vahid Əhmədov bildirib ki, Azərbaycanda tarix boyu pambıq əkilib. “Düzdür, ağır sahə olduğundan insanlarda müəyyən problemlər yaradır. Amma müstəqillik illərində, xüsusən son illər bu sahəyə diqqət artıb. Sadəcə, nəzarət mexanizmi olmalıdır. Əgər nəzarət mexanizmi olsa, ciddi problemlər yaşanmaz”.

Pambığın xeyri və ziyanı haqda suala gəlincə, deputat deyib ki, pambıqçılığın inkişafı ilk növbədə yeni iş yerləridir: “ İkinci, də ixrac məhsuludur, xaricə satmaq olur”. Vahid Əhmədov hesab edir ki, pambıq texnika ilə yığılmalıdır: “Əllə pambığı yığmağı bitirmək vaxtıdır. XXI əsrdə əllə pambıq yığmağın tərəfdarı deyiləm”.

Son xəbərlər