Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Əmisi oğlunu güllələyən keçmiş bələdiyyə sədri: "Var-yoxumu söydü və məni vurdu" - VİDEO

25.06.2018 14:52 3 536
Əmisi oğlunu güllələyən keçmiş bələdiyyə sədri:
ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub.

Kamil Qədirov (cəzası 12 il) başına gələn hadisələrdən söz açıb:

“2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu.

“Lapatka”nı götürüb mənə zərbələr endirdi. Gördüm ki, mümkün deyil. Qorxutmaq üçün tüfəngimin içinə patron qoydum. Qorxmadı, üstümə gəlib yenə vurdu. Huşumu itirən zaman tüfəngdən atəş açıldı. Sənan yerə yıxıldı. Güllə bunun boğazından girib çıxıb. Özüm polisə zəng edib təslim oldum. Onunla münasibətimiz çox yaxşı olub. İndi də bizimkilərlə onun ailəsi normaldı. Neçə saat yalvardım ki, eləmə. Məni öldürürdü, ölməmək üçün öldürdüm. Başqa yolum yox idi. Yanıma nəvələrim, ailəm, qohumlarım gəlir. Nəvələrim soruşur ki, “baba, niyə evimizə gəlmirsən?” Onlar ata üzü də görmür. Ataları hərbçidir”.скачать dle 11.3

Son xəbərlər