Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi? - RƏY

25.06.2018 12:50 3 946
Rusiyada yayılan quş qripi Azərbaycana keçə bilərmi? - RƏY
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın 36 quşçuluq müəssisəsindən quş əti idxalını dayandırıb.

Median.Az
xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb quş qripi təhlükəsidir.

Nazirliyin saytında bildirilir ki, beynəlxalq epizootik büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb.

Bu səbəbdən Qazaxıstan Rusiyadan bütün quş əti məhsullarının, eləcə də, yumurtanın idxalını qadağan edib.

Xatırladaq ki, bundan əvvəl Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırmışdı.

Bu qərara səbəb vilayət ərazisində ev quşlarında quş qripinin qeydə alınması idi. Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı da qadağan olunmuşdu.

Azərbaycanda quş əti istehsalı yerli bazarı təmin etsə də, yemə olan təlabatın yalnız 10-15 faizi yerli istehsal hesabına ödənilir. Azərbaycana Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdən quş yemi idxal olunur.

Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirir ki, Azərbaycan quş yemi kimi Rusiyadan qarğıdalı, buğda idxal edir:

“Hazırda biçin başlamayıb, biçindən sonra məsələyə baxacağıq. Bu məhsulların yararlı olub-olmadığı yoxlanılacaq”.

O ki qaldı quş qripi təhlükəsinə, A.Vəliyev yerli quşçuluq təsərrüfatlarında hər hansı xəstəliyin olmadığını bildirdi:

“Azərbaycan Rusiyadan nə toyuq, nə də yumurta idxal edir. Bu baxımdan, istehlak bazarında hər hansı təhlükə yoxdur”./oxu.az

Son xəbərlər