Mojo.az Banner
22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayrağın asılma qaydaları dəyişdi - FOTO

22.06.2018 12:27 51 573
Bayrağın asılma qaydaları dəyişdi - FOTO
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli qərarında yol verdiyi yanlışlığı aradan qaldırıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.

Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı, binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir. Bu halda ayla ulduz sağ tərəfə baxmalıdır.

“Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli qərarına əsasən isə Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməli idi. Ancaq bu halda bayrağı yenidən üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların və ayla ulduzun yerləşməsi qaydalara uyğun gəlmir. Bu qaydada asılmış bayraq saat əqrəbinin hərəkətinin əksi istiqamətində (sağdan sola) üfüqi vəziyyətə qaytarılsa, mavi zolaq deyil, yaşıl zolaq yuxarıda olurdu. Yaxud uyğun şaquli vəziyyətdə asılmış bayrağı saat əqrəbinin hərəkəti istiqamətində (soldan sağa) üfüqi vəziyyətə qaytaran zaman bayraqdakı zolaqların yerləşməsi qaydası pozulmurdu. Yəni mavi zolaq yuxarıda, qırmızı zolaq ortada, yaşıl zolaq aşağıda olurdu. Lakin bu zaman ayla ulduz sağ tərəfə deyil, sol tərəfə baxırdı. Yəni hər iki hal dövlət bayrağının üfüqi vəziyyətdə yerləşməsi qaydasına uyğun gəlmirdi.

Nazirlər Kabinetinin son qərarı ilə bu yanlışlıq aradan qaldırılıb. Başqa sözlə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Qeyd edək ki, məhz APA İnformasiya Agentliyi Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli qərarında yol verilən yanlışlıqla bağlı 5 iyun 2018-ci il tarixdə araşdırma dərc edib, eyni zamanda Nazirlər Kabinetinə müvafiq sorğu ünvanlayıb.

скачать dle 11.3
Mojo.az Banner