Mojo.az — elanlar
Son Xəbərlər
19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Məktəblər internet-kafelərlə əhatə olunub

13.06.2018 12:38 3 595
Deputat: Məktəblər internet-kafelərlə əhatə olunub
Bu gün məktəblərimizin ətrafı, demək olar ki, internet-kafelərlə əhatə olunub və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna və ya dərs bitən kimi bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir.

O qeyd edib ki, məktəblərin əksəriyyətinin yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir:

“İnternet-kafelərimizdə filtrasiya sistemi, kamera nəzarət sistemi, demək olar ki, pis vəziyyətdir”.

Millət vəkili hesab edir ki, uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan, görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər parlamentin müzakirəsində olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ən azı ikinci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır.

Millət vəkili adıçəkilən sənəddə televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalara məruz qalırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır:

“Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar, onlar üçün zərərli olan bir sıra xoşagəlməz halları görür və eşidirlər. Bunlara son qoyulmalıdır”.

Q. Paşayeva bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrimizdə uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziyalarımızda, radio kanallarımızda, bir sözlə, mətbuat və media qurumlarında bununla bağlı, ailələrimizin, uşaqlarımızın, cəmiyyətimizin daha da geniş maariflənməsinə yer ayrılmalıdır və bu məsələnin qanunda öz əksini tapması vacibdir.

Son xəbərlər