Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu qanunlar dəyişdirilir

12.06.2018 13:40 1 992
Azərbaycanda bu qanunlar dəyişdirilir
Milli Məclisin (MM) növbədənkənar iclasında bir sıra qanunlara dəyişikliklər məsələsi müzakirə edilib və sənədlər barədə parlament sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov məlumat verib.

O, qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

Onun sözlərinə görə, “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulur.

O, bildirib ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.

Qeyd edək ki, “Dövlət sirri haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinə əsasən sənədə “Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur” məzmunlu 10.4-cü maddə əlavə ediləcək.

Ümumiyyətlə, dəyişikliklərə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.

Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır.

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

Həmçinin, “Sərhəd qoşunları haqqında” qanunun 1-ci maddəsi yeni redaksiyada veriləcək.

Belə ki, Azərbaycan Respublikasının sərdəh mühafizə orqanları (bundan sonra – sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin ( bundan sonra – dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir.

Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.

Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirilir.

Bundan başqa, layihədə bir sıra texniki və redaktə xarakterli dəyişikliklər olunacaq.

Həmçinin, “Mülki müdafiə haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” qanunla, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Müzakirələrdə iştirak edən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanun barədə danışıb və bildirib ki, qanuna artıq geniş dəyişikliklər edilməsi zamandır:

“Məsələn, qanunda nəzərdə tutlur ki, Mərkəzi Baknın İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz. Bunun nə dəxli var? Kimsə siyasi partiyanın üzvü olsa, ona Mərkəzi Bankdan pul verəcəkmi və ya hansıs partiyaya kredit ayıracaqmı? Hesab edirəm ki, bu müddəa düzgün deyil...”

Son xəbərlər