Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Baş redaktor jurnalisti söyən general-mayordan şikayət etdi

12.06.2018 12:02 3 307
Baş redaktor jurnalisti söyən general-mayordan şikayət etdi
Bahəddin Həziyev Zakir Qaralova müraciət ünvanlayıb

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi, polis general-mayoru, Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərzuman Əliyev "Bizim yol” qəzetinin əməkdaşını təhqir edib. Sosial şəbəkələrdə Ərzuman Əliyevlə jurnalistin söhbətinin səsyazısı yayılıb. Qəzetin baş redaktoru Bahəddin Həziyev məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə yazılır: "2018-ci il iyun ayının 2-də güclü sel suları Göyçay çayı üzərində avtomobil körpüsünün bir hissəsini yumuş, nəticədə körpü qismən uçmuşdu. Bununla bağlı olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanmış, Qasımov Nazim Səfər oğlu və Əliyev Nəcməddin Mikayıl oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərərk barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətiimkan tədbiri seçilmişdir.

Bununla bağlı "unikal.org” saytında dərc olunmuş xəbərdə bildirilirdi ki, Nəcməddin Mikayıl oğlu Əliyev Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi, polis general-mayoru, Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərzuman Əliyevin qardaşıdır. Bu məlumatın doğruluğunu yoxlamaq məqsədilə rəhbərlik etdiyim "Bizim Yol” qəzetinin və "bizimyol.info” xəbər saytının xidmət müqaviləsi əsasında əməkdaşlıq edən müxbiri, Əli Cahangiroğlu imzası ilə yazan Vəliyev Əli Cahangir oğlu 08 iyun 2018-ci il tarixdə Ərzuman Əliyevə zəng etmiş, ona KİV haqqında qanunvericiliyin və peşə etikasının tələblərini pozmadan Nəcməddin Əliyevin onun qardaşı olub-olmaması haqqında məlumatın nə dərəcədə həqiqətəuyğun olub-olmaması haqda sual verib.

Suala cavab vermək və ya cavab verməkdən imtina etmək əvəzinə Ərzuman Əliyev daşıdığı general-mayor rütbəsinə yaraşmayan və heç bir etik normaya sığışmayan təhqiramiz ifadələrlə jurnalisti ağır formada təhqir etmişdir. Bununla bağlı Sizə müraciət edərək xahiş edirəm ki, polis general-mayoru Ərzuman Əliyevin əməlinə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi haqda göstəriş verəsiniz”.

Baş redaktor bu fakta hüquqi qiymət verilməsini istəyir. "Əgər nail ola bilməsək, bu, jurnalistlərə qarşı törədilən və cəzasız qalan daha bir cinayət əməli olacaq”- o, rəhbərlik etdiyi sayta açıqlamasında vurğulayıb.//criminalaz.com

Son xəbərlər