Arvadını vəhşicəsinə döydü, maşınla dəfələrlə üstündən keçdi – Azərbaycanda » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO  |     21:59 "Atlant”ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı  |     21:50 Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi  |     21:43 Zaxarova: Rusiya nümayəndə heyəti danışıqların üçüncü raundu üçün İstanbula gəlməyə hazırdır  |     21:37 II və III qrup üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 12 nəfər qaydaları pozub  |     21:28 "Səs Azərbaycan"ın iştirakçısı vəfat etdi  |     21:26 Məşhur "Faladdin" tətbiqinin sahibi həbs edildi  |     21:07 Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib  |     20:53 "Napoli" Niderland klubunun futbolçusunu transfer edib  |     20:45 Azərbaycan buğda idxalını 56 % artırıb  |     20:32 Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alınıb  |     20:25 Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib  |     20:20 “Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib  |     20:12 Kreml Trampın 50 günlük ultimatumla bağlı bəyanatlarını təhlil edir  |     20:05 Ötən il Qarabağ Dirçəliş Fonduna 80 milyon manatdan çox vəsait ianə olunub  |     20:00 Qazaxda gölə yıxılan kişi boğularaq ölüb  |     19:52 Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var  |     19:46 Sabah 41 dərəcə isti olacaq  |     19:39 Tramp Pakistana səfər edəcək  |     19:32 IOM: Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər  |    

Arvadını vəhşicəsinə döydü, maşınla dəfələrlə üstündən keçdi – Azərbaycanda

Şəmkir rayonunda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2012-ci il sentyabrın 25-də Şəmkir rayonunun Şiştəpə kənd sakini Niyaməddin Məmmədov həyat yoldaşı Bəsdini döyüb və idarə etdiyi “Mazda” markalı avtomaşınla onun üstündən keçib.

Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib. Hadisə baş verən günü saat 23.30-da Niyaməddin Məmmədov Şiştəpə kəndindəki evinin həyətində həyat yoldaşını maşına mindirərək çıxıb.

O, planlaşdırdığı cinayətin uşaqların gözü qarşısında baş verməsini istəməyib və özünə məxsus “Mazda” markalı avtomobili kənddən 1 kilometr uzağa sürüb. Burada Niyaməddin Məmmədov maşını saxlayıb və həyat yoldaşını düşürərək onu yumruq-təpiklə döyməyə başlayıb. Bəsdi Məmmədovanı huşsuz vəziyyətə saldıqdan sonra isə maşınla dəfələrlə onun üstündən keçib.

Niyaməddin Məmmədov arvadını amansızlıqla öldürdükdən sonra onun meyitini maşına qoyub və Şəmkir şəhər Mərkəzi Xəstəxanasına gətirib. Burada o, meyiti xəstəxananın morquna təhvil verib. Daha sonra isə Niyaməddin Məmmədov rayon polis şöbəsinə gələrək təslim olub.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmü ilə Niyaməddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Niyaməddin Məmmədovun vəkili apelyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə araşdırma aparılan zaman Niyaməddin Məmmədovun psixi xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb.

Məhkəmə kollegiyasının 21 avqust 2014-cü il tarixli qərarı ilə Niyaməddin Məmmədov cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulub. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 21.3 və 95.0.3-cü maddələri tətbiq edilib, İxtisaslaşdırılmış Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Niyaməddin Məmmədov sağalanadək cinayət işi üzrə icraat dayandırılıb.

Bundan sonra Sabunçu rayon Məhkəməsinin 2 iyun 2015-ci il tarixli qərarı ilə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının təqdimatı təmin edilib.

Məhkəmə Respublika Psizatriya Xəstəxanasının ixtisaslaşdırılmış psixiatriya stasionarında Niyaməddin Məmmədov məcburi müalicəsini davam etdirmək üçün Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicəyə keçirilib.

Həmin ilin noyabrın 13-də isə Sabunçu rayon Məhkəməsinin qərarı ilə Niyaməddin Məmmədovun ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin müddəti uzadılıb.

Daha sonra Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası 28 mart 2016-cı il tarixli təqdimatla məhkəməyə müraciət edib. Təqdimatda Niyaməddin Məmmədovun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növünün dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsinə dair qərar qəbul edilməsi xahiş edilib.

Həmin ilin iyunun 24-də Sabunçu rayon Məhkəməsi qərar qəbul edib. Niyaməddin Məmmədovun barəsində təyin edilmiş Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə növü dəyişdirilib. O, məcburi Ambulatoriya Müşahidəsi və Psixiatr müalicəsinə keçirilib.

Bu qərardan prokurorluq narazı qalıb. Prokuror İltifat Hüseynovun imzası ilə protest verilib. Prokuror şikayətində Niyaməddin Məmmədovun barəsində təyin edilmiş məcburi müalicənin ləğv edilməsini, onun barəsində ittihamedici hökmün çıxarılmasını, cəzasını çəkməsi üçün cəza çəkmə müəssisəsinə göndərilməsini istəyib.

Eyni tələblə zərərçəkmiş Bəsdi Məmmədovanın hüquqi varisi, anası Çimnaz Hacıyeva apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada prokurorun protesti və zərərçəkmiş tərəfin şikayəti üzrə araşdırma aparılıb. Hakim heyəti tərəflərin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, prokurorun kasasiya protesti, zərərçəkmiş tərəfin isə kasasiya şikayəti təmin olunmayıb.(Publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 045 08.05.18 13:37