Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Odessa Teyyub”: Polislər imkan vermədi, tiryəkin tamına baxım - VİDEO

04.05.2018 13:22 5 848
“Odessa Teyyub”: Polislər imkan vermədi, tiryəkin tamına baxım - VİDEO
Şirvanda kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

Median.Az
APA TV-yə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları əvvəllər Ukrayna, Moldova, Belarus və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri bir neçə dəfə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevi saxlayıb.

Polis tədqiqatçısı İlqar Fərəczadə bildirib ki, kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevin polis şöbəsində üzərinə baxış zamanı ondan bir ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Teyyub Tağıyev narkotik maddəni Kürün sahilindən tapdığını bildirib:

“Kür qırağında gəzirdim, gördüm yerdə nəsə var, maraqlı gəldi, götürdüm. Bildim ki, tiryəkdir. Arabir tiryəkdən istifadə edirəm, tamına baxıram. Mənimki dad-tamdır, başqa şey deyil. Tiryəkin də tamına baxmaq istəyirdim, Allah kömək olmuş polislər imkan vermədi, tiryəkin tamına baxım”.

Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan dörd nəfər həbs edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner